hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Sovet vaxtı burnuna qəpik saldı: Müstəqillik dövründə çıxarıldı

Sovet vaxtı burnuna qəpik saldı: Müstəqillik dövründə çıxarıldı

Rusiyada qəribə olay yaşanıb.

Cebhe.info xəbər verir ki, Rusiyada 59 yaşlı kişi 6 yaşında olarkən burnunun sağ dəliyinə 1 qəpiklik salıb və qorxusundan anasına xəbər verə bilməyib.

İllər sonra nəfəs alma şikayəti ilə həkimə müraciə edən şəxsin burnunda unudulan pulun hələ də eyni yerdə olduğu müəyyənləşdiriliib.

Cərrahi yolla çıxarılan pulun Sovet İttifaqına aid olduğu bildirilsə də, üzərindəki naxışların silindiyi məlum olub.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə bu pullar da dövriyyədən çıxıb. Burundan çıxarılan pullarda çəkic və oraq emblemi artıq görünmürdü.

Qulaq, burun və boğaz mütəxəssisi Yelena Nepryaxina xəstənin əməliyyat olunaraq sağaldığını və artıq evə buraxıldığını qeyd edib. Həkimin sözlərinə görə, xəstə burunundan tam nəfəs ala bilir.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1794

Bizim Telegram səhifəmizi izləyin