hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Şoyqu: "Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq"

Şoyqu: "Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq"

"Müharibədən əvvəl çətin bir dövr vardı, amma indi daha çətin bir dövrdür. Ümid edirik ki, bu müddət ərzində Rusiya Federasiyası ilə təhlükəsizlik sahəsində də əməkdaşlığımızı dərinləşdirə biləcəyik, nəinki təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq sahəsində də".

Cebhe.info xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

Paşinyan Şoyqunun səfərinin vacibliyini vurğulayıb və hazırda bölgədə fərqli bir geosiyasi vəziyyətin yarandığını söyləyib: "Əlbəttə ki, yaxın gələcəkdə Ermənistan ilə Rusiya arasında strateji əməkdaşlıq və qardaşlıq ruhunda əlaqələrimiz davam edəcək".

Şoyqu isə Qarabağda 23 müşahidə məntəqəsinin qurulduğunu deyib:

"Bəyanat imzalanandan sonra sülhməramlıları bölgəyə yerləşdirdik. Artıq dünən bu proses başa çatdı. Biz Xankəndinə gedən yola, Laçın dəhlizinə nəzarət edirik. Ümumilikdə orada 23 müşahidə məntəqəsi qurmuşuq. Qarşımıza qoyulan əsas məqsəd qan tökülməsinin qarşısını almaqdır".

Naibə
Cebhe.info


Oxunma sayı: 859

Bizim Telegram səhifəmizi izləyin