hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Soyuqlar düşdü: Bakıda səyyar sığınacaqlar qurulmayacaq, çünki...

Soyuqlar düşdü: Bakıda səyyar sığınacaqlar qurulmayacaq, çünki...

Əvvəlki illər temperatur sıfır dərəcəsindən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə paytaxtda müvəqqəti sığınacaqlar təşkil olunub.

Sığınacaqlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslər qəbul edilərək, zəruri qida məhsulları, lazım gəldikdə tibbi xidmətlərlə təmin ediliblər. 

Amma nədənsə ötən il qarlı-şaxtalı havalarda müvəqqəti sığınacaqlar yaradılmadı.

Qeyd edək ki, bu il ölkə ərazisində hava şəraitinin soyuq keçəcəyinə dair proqnozlara baxmayaraq, səyyar sığınacaqlarla bağlı açıqlama verilməyib.

Maraqlıdır, səyyar sığınacaqlar nə vaxt qurulacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, bu il heç bir səyyar sığınacaq qurulmayacaq: Səbəb isə təhlükəli vəziyyətdə yaşayan vətəndaşlar üçün 2016-cı ildə sosial sığınacağın yaradılmasıdır:

"2016-cı ilin dekabrında cənab Prezidentin iştirakı ilə Zabratda baxımsız, kimsəsiz və təhlükəli vəziyyətdə yaşayan vətəndaşlarımızın məskunlaşması üçün sosial sığınacaq istifadəyə verildi. Təxminən 100 çarpayıdan ibarət olan yüksək təchizatlı sığınacağa məhz küçədə gecələyən, təhlükəli vəziyyətdən evakuasiya olunan insanlar aparılır və orada onların qidalanması, rehabilitasiyası, cəmiyyətə adaptasiyası üçün işlər həyata keçirilir. Bu müəssisə istifadəyə verildikdən sonra heç bir səyyar sığınacağa ehtiyac qalmır. Yetər ki, həmin vətəndaşlarımızı aşkar edən yerli icra hakimiyyəti orqanları və polis bölmələri onları  Zabratdakı sığınacağa gətirsinlər.

Müvafiq qanunvericiliyə uyğun olaraq onların yerləşdirilməsi təmin edilir, hətta məşğulluqlarının təmin edilməsi istiqamətində də müvafiq işlər həyata keçirilir. Bu baxımdan səyyar sığınacaqların quraşdırılmasına ehtiyac qalmayıb”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 3026