hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Spiker: "Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub"

Spiker: "Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub"

“Noybarın 10-da imzalanmış birgə bəyanatla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulub”

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker bildirib ki, bu bəyanatdan narazı olan qüvvələr də var:

“Fransa münaqişənin ilk günündən qərəzli mövqe ortaya qoyub. Həmçinin Fransa Senatında Azərbaycan ərazisində qeyri-qanuni yaradılmış “qurumla” bağlı qətnamə irəli sürülüb. Sadalanan faktlar sübut edir ki, Fransa açıq şəkildə qərəzli mövqe ortaya qoyub. Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquqla bağlı öhdəlikllərinə ziddiyyət təşkil edir. Vasitəçi mandatı beynəlxalq hüquqa söykənir. Milli Məclisin Fransa ilə işçi qrupun üzvləri də bu məsələyə diqqət yetirməlidirlər”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 595

Bizim Telegram səhifəmizi izləyin