hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

"Spiker münaqişənin başa çatmasına diqqət çəkib" - Deputat

"Spiker münaqişənin başa çatmasına diqqət çəkib" - Deputat

"Son günlər sosial şəbəkələrdə və bəzi "media orqanları"nda Milli Məclisin Sədri Sahibə Qafarovanın adından heç bir əsası olmayan "sitatlar" yayılmaqdadır. Guya Spiker deyib ki, "Qarabağ artıq döyüş bölgəsi olmadığı üçün hərbçilərə ikiqat maaş lazım deyil". Nə sonuncu, nə də ondan əvvəl heç bir iclasda bu məzmunda söhbət olmayıb, iclasda yalnız "artıq münaqişənin başa çatdığı"na diqqət çəkilib".

Cebhe.info xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov deyib.

Deputat xatırladıb ki, Prezident İlham Əliyev də ötən ilin dekabrın 1-də xalqa müraciətində, "İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir" demişdi:

"Həqiqətən də, müharibə müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun gücü hesabına qələbəmizlə başa çatıb. "Hərbçilərə iki qat maaş ödənilməsin" sözü isə nəinki Spiker, ümumiyyətlə, heç bir deputat tərəfindən səsləndirilməyib, səsləndirilə də bilməz. Əksinə, deputatlar bu məsələ ilə bağlı dəfələrlə narahatlıq ifadə edərək yaranmış anlaşılmazlığın həllinə çağırıblar. Sensasiya xətrinə, həm də olmayan, deyilməyən bir ifadəyə görə kimisə, xüsusən, Azərbaycan qadınını hədəfə almaq yolverilməzdir. Bu mənada, hər birinizdən əsası olmayan informasiyalara etibar etməməyi xahiş edirəm".

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1937