hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

"Sputnik V"-nin yaradıcısı Dövlət mükafatı aldı

"Sputnik V"-nin yaradıcısı Dövlət mükafatı aldı

Koronavirus əleyhinə "Sputnik V" vaksinini icad edən Aleksandr Qintsburq 2020-ci ilin elm üzrə Dövlət mükafatını alıb.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Andrey Fursenkonun sözlərinə istinadən “RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, bu mükafatı həmçinin Qamaley adına Milli Tədqiqat Mərkəzinin laboratoriya müdiri Denis Loqunuv da alıb.

Məlumata görə, Fursenko bildirib ki, bu insanlar mükafat almağa layiqdirlər: "Çünki ictimaiyyətin maksimal diqqətində olmalıdırlar", - deyə o vurğulayıb.

Qeyd edək ki, adıçəkilən mərkəz tərəfindən koronavirus vaksinindən əvvəl ebola lixoradkasına qarşı da vaksin hazırlanmışdı.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 452