hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

"Sputnik V" şübhəsi: Alimlər bu vaksinə niyə etibar etmir?

"Sputnik V" şübhəsi: Alimlər bu vaksinə niyə etibar etmir?

Koronavirus əleyhinə Rusiya istehsalı olan "Sputnik V" vaksininin kliniki tədqiqatlarının protokolunda edilən əlavələrin dərc edilməməsi bu vaksinin təhlükəli olduğundan xəbər verir.

Cebhe.info xəbər verir ki, bu barədə "The Lancet" tibbi jurnalında dərc olunan məqalənin müəllifləri yazıb. Beynəlxalq ekspertlər olan məqalə müəllifləri fevralın 2-də bu vaksinin koronavirusa qarşı 91,6 faiz effektiv olduğunu bildirsələr də, indi buna şübhə ilə yanaşırlar.

Ona görə ki, aparılan tədqiqatların protokoluna üç analiz əlavə edilib, lakin bu arqument "clinicaltrials.gov" saytında qeydiyyatdan keçməyib.

"Tədqiqatın tam protokolu dərc edilməyib, protokolda edilən dəyişikliyin səbəbi isə məlum deyil",-deyə alimlər vurğulayıb.

Alimlər həmçinin koronavirusa yoluxma şübhəsini təyin edən kliniki parametrlər haqqında da vacib informasiyanın olmadığını qeyd ediblər.

"Məsələn, test diaqnostikası aparılan zaman hansı diaqnostik protokollardan istifadə olunduğu barədə heç bir məlumat yoxdur, həmçinin hansı konkret metoddan istifadə edildiyi barədə də fakt qeydə alınmayıb",- alimlər əlavə ediblər.

Qeyd edək ki, Rusiya isə təkidlə bildirib ki, "Sputnik V"vaksininin təhlükəsizliyi tədqiqatlar nəticəsində təsdiq edilib və bu sahədə bütün məlumatlar verilib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin adıçəkilən vaksinin qeydiyyatdan keçdiyini ötən ilin avqust ayının 11-də bəyan etmişdi. Avropa İttifaqında isə bu preparat hələ də təsdiqlənməyib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1486