hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

"Sputnik V" vaksini: "ÜST-ün təsdiqləmədiyi peyvəndi qəbul etmək lazım deyil"

"Sputnik V" vaksini: "ÜST-ün təsdiqləmədiyi peyvəndi qəbul etmək lazım deyil"

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan "Sputnik V" peyvəndini istifadə üçün təsdiq edib.

Artıq Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası ölkəyə gətirilib.

Vaksinin ilk partiyası ötən gün hava limanında qəbul olunub. Ümumilikdə ölkəmizə sözügedən peyvəndin 100 min dozadan çoxunun gətirilməsi planlaşdırılır.

COVID-19 əleyhinə “Sputnik V” peyvəndini 2020-ci ilin avqust ayının əvvəlində təsdiqləyən Rusiya bununla dünyada koronavirus peyvəndini təsdiqləmiş ilk ölkə olub.

Qeyd edək ki, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb. Təkcə Rusiyada 6 milyondan çox insan "Sputnik V" vaksini ilə peyvənd olunub.

Rusiya hökuməti “Sputnik V”i təsdiqləyəndən sonra 40 min nəfərin iştirakı ilə genişmiqyaslı kliniki tədqiqatlar aparılıb.

Rusiyadakı ekspertləri çıxmaqla digər ekspertlər bu üç peyvəndə hələ də ehtiyatla yanaşırlar. Səbəb bu peyvəndlərin müstəqil ekspert qiymətləndirməsindən keçməməsidir.

Braziliyanın səhiyyə tənzimləyicisi Anvisa Bu günlərdə isə koronavirusa qarşı rus peyvəndi, “Sputnik V”-nin ölkəyə gətirilməsi qərarını dəstəkləməyib.

Tənzimləmə qərarını qəbul edən qurumun, şuranın bütün üzvləri rus peyvəndinin gətirilməsinin əleyhinə səs verib.

Onların bildirdiyinə görə, rus peyvəndi ilə “ardıcıl və etimbarlı məlumatlar” yoxdur. Eləcə də peyvəndin tərkibi də problemlidir və buna görə onlar vaksinin ölkəyə gətirilməsi qərarını dəstəkləyə bilməzlər.

Braziliyaya “Sputnik V”-nin aparılmasını təxminən 14 ştat tələb edirdi. Onların bildirdiyinə görə, virusun daha bir dalğasından irəli gələrək rus peyvəndinin təcili surətdə qəbul edilməsi vacib idi.

Qərar qəbul edənədək Braziliya tərəfi Rusiyada olub və peyvəndin istehsal prosesi ilə tanış olublar.

“Sputnik V” peyvəndi dünyada Rusiya, Monqolustan, Misir, İran, Venesuela, Macarıstan, Slovakiya, Nepal, Boliviya və s. kimi ölkələrdə istifadə olunur. Peyvəndin Avropa İttifaqı və ABŞ-ın tənzimləyici avtorizasiyası yoxdur.

Peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qeydə alınmayıb.

Maraqlıdır, belə olan halda peyvəndin Azərbaycanda istifadəsi nə dərəcədə doğru haldır?

Bununla bağlı Cebhe.info-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, həkim, farmakoloq Aydın Əliyev bildirib ki, ÜST təsdiqləməyibsə, buna uyğun hərəkət etmək lazım idi:

"2021-ci il dünyada “Peyvənd ili” ola bilər. Hələ müharibə dönəmində də "Sputnik V" haqqında sual veriləndə rəyim mənfi olub. Tarixən vandal qonşularımızın tərəfində olan Rusiyadan nə isə alanda çox ehtiyatlı olmaq lazımdır. Özlərində sübut olunsun, sonra biz. Ümumdünya Səhiyyə Təşkilatı qəbul eləməyən nəinki "Sputnik V", heç nəyi qəbul etmək lazım deyil. Rusiya olsun və ya digər ölkə olsun. ÜST cavabdehliyi boynuna götürürsə, onda istənilən ölkənin peyvəndini də almaq olar. Bizim ölkəmizdə əsas problemlərdən biri budur. Digər məsələ isə budur ki, dünyada dərman mafiyası söhbəti də var. Bir ölkənin dərmanını dünya bazarına çıxmağa qoymurlar. Biz indi ÜST-ə inanmalıyıq, ona uyğun hərəkət etməliyik".

Naibə
Cebhe.info


Oxunma sayı: 672