hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Stalinin ölümə tərk etdikləri: Diktator onlara qapıları bağlayıb, pullu vətən isə qapıları açıb - FOTOLAR

Stalinin ölümə tərk etdikləri: Diktator onlara qapıları bağlayıb, pullu vətən isə qapıları açıb - FOTOLAR

Onlar Özbəkistanda yaşayır. O ölkədə ki, müxtəlif xalqların nümayəndələri bura haradan düşdüklərini belə bilmədən ömür sürürlər. Altaylar,  yakutlar, yaponlar, hətta koreyalılar. Məsələn, yaponların sayı azdır, onları artıq barmaqla saymaq olar. Amma taciklərin sayı milyonlarladır.

Cebhe.info xəbər verir ki, 2002-ci ildə Daşkənddə "Özbəkistanın etnik xəritəsi" dərc olunub. Orada bütün xalqlar barədə məlumatlar yer alıb. Bu, hələlik ölkənin etnik tərkibi barədə son etibarlı mənbədir.

Bu xəritədə yer alanlardan biri də özbək-koreyalılardır. Artıq özlərini bu söz birləşməsinin hansı tərəfinə aid etdikləri hər kəsin öz qərarıdır. Onları 2018-ci ildə Sankt-Peterburqdan olan fotoqraf Alina Tarabarinova çəkib.

Koreyalılar bu ölkədə məşhur "Politotdel" adlanan kolxozlarda yaşayıb. Bu kolxozlar 1925-ci ildə yaradılıb. 1937-ci ildə Uzaq Şərqdən kütləvi şəkildə koreyalılar ora köçürülüb. Təbii ki, Stalinin əmri ilə. Məhv olacaqlaır gözlənilirdi, amma olmadı. 1991-ci ildən sonra ərazidəki kolxozları fermer təsərrüfatları əvəzləyib.

Bu kolxozlardan birinə gedən fotoqraf orada koreyalıları  kütləvi şəkildə görəcəyinə ümid etsə də, gözlədiyi olmayıb. "Küçələrdə heç kəsə rastlamadım. Bircə koreyalı belə yox idi. Əvəzində itlər hürürdü. Dəbdəbə yoxdur. Havadakı qaz iyi, boz evlər, bağlı darvazalar, qazax uşaqları",- deyə fotoqraf yazıb.

Daha sonra fotoqrafı Sverdolov adına kolxoza, eləcə də "Ariran" pansionatına aparıblar. Bu pansionat Koreya Səhiyyə Nazirliyi və Koreya Beynəlxalq Səhiyyə Fondu tərəfindən tikilib. Burada 46 ahıl yaşayır. Onları Özbəkistanın müxtəlif bölgələrindən gətiriblər. Müşahidələr göstərib ki, koreyalılar yaşından asılı olmayaraq nəqliyyat vasitəsi kimi əsasən velosipedi seçirlər. Hətta 85 yaşlı nənələr də velosipedlə gəzir.

Sverdolov adına kolxozda da koreyalıların yaşadığı bildirilsə də, əslində orda da onlar çox deyil. Hər halda fotoqraf orada da koreyalı görmədiyini yazır. Ona bildirilib ki, hər kəs qazanc dalınca ana vətənə-Koreyaya gedib. Baxmayaraq ki, Cənubi Koreya onlar üçün müəyyən qədər yad ölkədir. Çünki onların böyük əksəriyyəti müasir Şimali Koreya ərazisindən, eləcə də Çindən gələnlərdir. Amma indi Şimali Koreyaya getmək mümkün olmadığından, ana vətən olaraq Cənubi Koreyanı seçiblər.

Onlar şimal-şərq dialektində (hamqen) danışırlar. Gənclər ana dillərini getdikcə unudur, rus dilinə üstünlük verirlər. Çünki məktəbi və institutu məhz rus dilində oxuyurlar. Buna baxmayaraq, Cənubi Koreyada elə də çətinlik çəkmirlər, yaxşı qazanırlar. Axı hər nə olsa, ora doğma vətəndir.

Burada hətta budda məbədi də var. Yüksək hasarla əhatələnib. Qapısına qırmızı hərflə "Budda məbədi" yazılıb.

Tatyana Andreyevna Kim fotoqrafı qohumlarının yaşadığı"Pravda" kolxozuna qonaq aparıb. Burada köklü koreyalılar yaşayır. Bu kənd ənənəvi rus kəndindən çox fərqlənir. Otaqlarda bəzək-düzək azdır. Mebel belə yoxdur, həyətdə xurma və üzüm ağacları əkilib. Hər yerdə itlər keşik çəkir.

Fotoqraf səfəri zamanı "Sya-Nal" adlı ansamblın da qonağı olub. Maraqlıdır ki, ansambldakı bütün qadınlar təqaüdçülərdir. Onlar özlərinə səhnə paltarı tikir və bütün Özbəkistanda tədbirlərdə iştirak edirlər. Digər maraqlı məqam burada ancaq rusdilli koreyalıların rəqs etməsidir. Digər koreyalılar özlərini fərqli aparır. Məsələn, Yaponiyadan olan koreyalılar görüşəndə bir-birinin əlini tutur və ağlayırlar. Görünür, Yaponiyada onlar Rusiyada və ya Özbəkistandakından daha çətin yaşayırlar.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2234