hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Statistika Komitəsi və Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfə fərq: NAZİR AÇIQLADI

Statistika Komitəsi və Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfə fərq: NAZİR AÇIQLADI

"2018-ci ilin əvvəlindən Azərbaycan Statistika Komitəsinin pərakəndə ticarət dövriyyəsinin dair rəqəmlərlə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə qədər fərq mövcuddur". 

Cebhe.info xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" beynəlxalq-elmi konfransda çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, kölgə iqtisadiyyatı haqsız rəqabətin yaranmasını genişləndirir, həmçinin leqal biznesin sıxışdırlmasını, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır: 

"Kölgə iqtisadiyyatı geniş kateqoriyanı əhatə etsə də, Azərbaycanda bu, özünü daha çox qeyri-rəsmi məşğulluq, təyin edilməmiş gəlirlər, ikili mühasibatlığın aparılması kimi göstərir. Bu, dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. 2018-ci il ərzində Vergilər Nazirliyi həmkar qurum və strukturlarla birlikdə yeniləşmiş vergi siyasətinin və inzibatçılığının ortaya qoyaraq kölgə iqtisadiyyatının həcminin azaldılmasını da hədəfləyirdi. Cari ilin bəzi nəticələri göstərir ki, ümumilikdə qarşıya qoyduğumuz məsələlərin həllinə nail olmaq iqtidarındayıq. Bu, bir daha göstərir ki, sağlam münasibətlərin qurulduğu şəraitdə biznes leqal göstərməyə, rəqabət şəraitində işləməyə meyllidir. Rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılmasının mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışları müsbət reaksiya verir. Biznes leqal fəaliyyətə adaptasiya prosesindən uğurla keçməkdədir. Bu, bizim müşahidələrimiz və təhlillərimizdir”. 

Nazir bildirib ki, vergi orqanlarının şəffaflığın təmin etməsi ilə bağlı vergi tələblərindən heç də hamı razılıq edə bilməz:

“Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil. Bəyan olunmayan gəlirlər hesabına qazanc əldə edənlər bu vərdişlərdən asanlıqla vidalaşmaq istəmirlər. Bəzi məmurların səsi gur gəlir, lakin hesab edirəm ki, müvəqqəti bir haldır. Qanun qarşısında hamı bərabərdir. Leqallaşma sağlam mühit, sağlam rəqabətə şərait yaradır. Bu, tək yerli istehsalçılar və sahibkarlar üçün deyil, həmçinin xarici investorlar üçün əhəmiyyətli amildir. Kölgə iqtisadiyyatı investorları hər hansı ölkə iqtisadiyyatına sərmayə yatırmaqdan çəkindirən ilk üç amil sırasına daxildir. Bizim vəzifəmiz bazarda rəqabət mühitini təmin etmək, qanunsuz və yalançı sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitinin ləğvinə nail olmaqdır". 

Mikayıl Cabbarov onu da vurğulayıb ki, qeyri-dövlət və qeyri-neft sektorunu əhatə edən geniş vergi islahatını hədəfləyiblər: 

"İslahatın mahiyyəti ondan ibarət idi ki, özəl qeyri-neft sektorunda fəaliyyət göstərən muzdlu işçilərin genişmiqyaslı əməkhaqqına adi olan fiziki şəxslərin gəlir vergisi üzrə obyektiv vergi güzəştləri tətbiq edilib və 2019-cu ildən bu qüvvədədir. Başqa bir istiqamət yeni nəsil online nəzarət-kassa aparatlarının və paralel olaraq istehlakçılar tərəfindən ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini istehlakçıya geri qaytarılması qanunvericiliyə olunmuş dəyişikliyi qeyd etmək istərdim. Burada hədəflənən əsas məsələ xüsusilə pərakəndə ticarət, xidmət, iaşə kimi sahələrdə müşahidə olunan yüksək vergi formallıq səviyyəsi idi. Belə ki, 2018-ci ilin əvvəlindən Azərbaycan Statistika Komitəsinin pərakəndə ticarət dövriyyəsinin dair rəqəmlərlə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə qədər fərq mövcud idi. Hesab edirəm ki, bu rəqəm güman etdiyimiz kölgə iqtisadiyyatının bu sahədə olan vergidənyayınmaların potensialı barədə məlumat və təəssürat yaradır. Üçüncü böyük istiqamət mikro və kiçik biznes üçün müvafiq vergi dərəcəsinin 2 faiz səviyyəsinə endirilməsidir. Bu, mikro və kiçik sahibkarlar üçün vergi yükünün iki dəfə azaldılması deməkdir. Ən son istiqamət kimi yüksək dövriyyəsi olan sahələrdən biri aksizli mallar bazarında qaçaqmalçılıq və qeyri-qanuni istehsalla mübarizənin gücləndirilməsi idi. Vergi qanunvericiliyinə edilmiş dəyişiklər vergi yükünün və kölgə iqtisadiyyatının miqyasının azaldılmasına yönəldilmiş islahatların həyat keçirilməsi şəraitində ümumi mənzərə ondan ibarətdir ki, cari ilin 6 ayında qeyri-neft-qaz sektorunda dövlət büdcəsinə vergidaxilolmalarının məbləği 280 milyon manata yaxın olub. Bu, proqnozlardan 12 faiz çox deməkdir". 

Nazir Azərbaycan iqtisadiyyatının strukturuna nəzər saldıqda kölgə iqtisadiyyatının məhz qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə mövcudluğunu görmək olduğunu da deyib: 

"Buna görə də islahatların fokusu qeyri-neft sektoruna yönəlib. Sahibkarların gəlirlərini və mənfəətlərini leqallaşdırarkən bu da özünü mənfəət və əlavə dəyər vergisi üzrə gəlirlər üzrə ödənişlərdə nümayiş etdirir. Kölgə iqtisadiyyatının azalmasına tələb edən şəffaflaşma göstəricilərini təhlil etsək biznesin leqallaşma prosesinə istiqamətləndiyini qeyd edə bilərik. Biz bunu əsasən vergidən yayınmanın daha çox müşahidə olunduğu ticarət, ictimai iaşə və xidmət sektorunda müşahidə edirik. Xüsusilə özünü ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb olunan dövriyyələrdə, habelə elektron qaimə fakturalarla rəsmiləşən dövriyyələrin artım dinamikasının sürətlənməsi və bunun ümumi dövriyyəyə xüsusi çəkisində göstərir ki, bu da iqtisadiyyatda ağırlaşma və şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir. Kölgə iqtisadiyyatının miqyasının azaldılmasına yönəldilmiş islahatlar sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur. Gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsindən danışarkən iki mühüm aspektə diqqət yetirmək lazımdır:

Bağlanmış əmək müqavilələrinin sayı;

Əməkhaqqı fondu.

Əmək münasibətlərinin başlıca göstəriciləri üzrə əldə olunmuş nəticələr qeyd etməyə əsas verir ki, bu sahədə şəffaflaşma prosesi artan dinamika üzrə inkişaf edir. Güzəştin tətbiqi və şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində cari ilin 8 ayının statistikasına əsasən, 88 mindən çox yenə əmək müqaviləsi qeydə alınıb. Bu həmin dövr ərzində 112 mindən çox artmış əmək müqavilələrinin dövlət və neft sektorunu daxil etməklə sənayenin 78 faizini təşkil edir". 

M.Cabbarovun qənaətincə, iş yerlərinin rəsmiləşdirməsi prosesi əsasən ticarət, xidmət, sənaye və tikinti sektorlarının payına düşür:

"Beləliklə, bu artım daha çox əmək müqavilələrinin bağlanmaması hallarının geniş yayıldığı iqtisadi fəaliyyət sahələrində müşahidə olunur. Eyni zamanda qeyri-neft, qeyri-dövlət sektorunda əməkhaqqı fondunda minimum əməkhaqqı məbləğinin artımı nəzərə alınmadan 20 faizdən yuxarı artım müşahidə olunub. Qeyri-neft sektorunda cari ilin 7 ayında ÜDM nominal ifadədə 8,3 faiz artdığı halda, Vergilər Nazirliyinin məlumatına əsasən, bu sektorda dövriyyələrin artımı 1,4 faiz bəndi çox, yəni 9,7 faiz təşkil edib. İstehsal və topdansatış üzrə toplam dövriyyə 7,8 faiz, pərakəndə ticarət dövriyyəsi 36,3 faiz artıb.

Cari ilin 7 ayında istehsal olunan alkoqollu içkilərin dövriyyəsi 67,3 faiz manat ifadəsində, tütün məmulatlarının istehsalı üzrə 3,6 dəfə artım qeydə alınıbdı.

Hesab edirəm ki, şirkətlərin vergidən yayınmasına yol verən hər hansı bir mexanizmlər tətbiq etməkdən çəkindirmə prosesində Vergilər Nazirliyin böyük rolu var".

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 1530