hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Status-kvo olmadığı üçün heç bir təməl prinsiplərdən söhbət gedə bilməz" - Politoloq

"Status-kvo olmadığı üçün heç bir təməl prinsiplərdən söhbət gedə bilməz" - Politoloq

“Döyüş sahəsindəki uğurlarımızı masada siyasi uğura çevirməyi öyrənməliyik”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Natiq Miri bildirib.

O qeyd edib ki, Moskvada imzalanan "atəşkəs" sənədi sonuncu olmalıdır:

“Çünki qalib tərəf bizik, şərtləri diktə edən tərəf biz olmalıyıq, status-kvo olmadığı üçün də heç bir təməl prinsiplərdən söhbət belə gedə bilməz. Onu da unutmayaq ki, qalib olan tərəf sülh danışıqları üçün getməz, özünün geosiyasi maraqlarını ifadə edər. Qərarı isə biz qəbul edərik, başqası bizim əvəzimizə deyil. Unutmayın, bu gün əsrin möhtəşəm tarixi yazılır və bu tarixi sona qədər şərəf tarixinə çevirin”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1728

Bizim Telegram səhifəmizi izləyin