hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Strateji valyuta ehtiyatları illik ÜDM-in 100 faizini üstələyir – RƏSMİ

Strateji valyuta ehtiyatları illik ÜDM-in 100 faizini üstələyir – RƏSMİ

Bu ilin yanvar-sentyabr aylarında ölkənin strateji valyuta ehtiyatları qəbul edilmiş beynəlxalq kifayətlilik normalarını üstələməkdə davam edib.

Cebhe.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Sentyabr ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 41 aylıq mal və xidmət idxalına kifayət edib (2020-ci ilin birinci yarısı üzrə mal və xidmət idxalı götürülməklə).

Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 5 dəfə üstələyib (01.10.2020 tarixinə olan M2 pul aqreqatı götürülməklə). Ölkənin strateji valyuta ehtiyatları illik ÜDM-in 100 faizini üstələyir.

Cebhe.info


Oxunma sayı: 2135

Bizim Telegram səhifəmizi izləyin