hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Su həyat qurtarır: Gündə nə qədər içmək lazımdır?

Su həyat qurtarır: Gündə nə qədər içmək lazımdır?

Suyun sağlamlıq üçün faydalı olduğunu bilməyən yoxdur. Sodium, potasium, kalsium, maqnezium kimi minerallarla zəngin olan suyun insan orqanizmi üçün faydalarını saymaqla bitirmək olmaz.

Cebhe.info xəbər verir ki, susuzluğun əsas göstəriciləri baş ağrısı, yorğunluq və qəbizlikdir. Su içməyin faydaları isə çoxdur:

1. Ağız qoxusunu ortadan qaldırar.
2. Qanın miqdarını çoxaldar.
3. Saç tökülməsi, qırıq, kəpək kimi problemlərə əngəl olar.
4. Həzm sisteminin normala düşməyinə kömək edər.
5. Lazımi miqdarda su içən şəxslərin dərisi daha parlaq, sağlam və gənc görünür.

Daha az su içən, gün ərzində su içməyi unudan yaş qrupları uşaqlar və yaşlılar olaraq müəyyən edilib.

Qeyd edək ki, insanların yaşlarına görə gündəlik su tələbatı göstəriciləri belədir:

Böyüklər üçün gündə təxminən 2-3 litr, 4-8 yaş uşaqlar üçün 1-1,5 litr, 9-13 yaş uşaqlar üçün 1,5-2 litr, 14-18 yaş gənclər üçün 2-2,5 litr.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2366