hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Subbakalavrlar üçün vacib olan 9 məsələ

Subbakalavrlar üçün vacib olan 9 məsələ

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrlar üçün vacib olan 9 məsələ var.

Cebhe.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov imtahansız ali təhsil almaq istəyənlər üçün əhəmiyyətli olan məsələlərdən söz açıb və o 9 məsələyə toxunub:

1. Ərizələrin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aparılır.

2. V qrupa daxil olan bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə iyunun 20-dən 28-dək, digər komissiyalar üzrə iyunun 20-dən iyulun 3-dək, I qrupa daxil olan memarlıq ixtisası üzrə iyulun 8-dən 13-dək Mərkəzin internet saytında qeydiyyatdan keçib qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar.

3. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

4. Müsabiqədə iştirak ödənişsizdir.

5. Subbakalavrlara 4 formada bal veriləcək, 60 bal, 150 bal, 200 və 250 bal. Çünki ixtisas qrupu daxilində fərqli bal tələbi olan ixtisaslar var. Subbakalavr həmən ixtisası seçəndə sistem avtomatik olaraq ixtisasa uyğun olaraq bal verəcək. 
a) V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcəklər.
b) müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 balla ixtisas seçimində iştirak edəcəklər və onlara bu ixtisasa görə 150 bal veriləcək. 
c) müəyyən ixtisaslar üzrə müvafiq olaraq 200 balla ixtisas seçimində iştirak edəcəklər və onlara bu ixtisasa görə 150 bal veriləcək. 
d) müəyyən ixtisaslar üzrə müvafiq olaraq 250 balla ixtisas seçimində iştirak edəcəklər və onlara bu ixtisasa görə 150 bal veriləcək.

6. Subbakalavrların ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və attestat üzrə yekun qiymətlərin ədədi ortası (AYQƏO) müvafiq orta ixtisas təhsili müəssisəsi tərəfindən “Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edilərək təsdiqlənməlidir.

7. Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.

8. Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilər.

9. İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 309