hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Süleyman Soylu mesaj verdi: “Böyük addımlar atmaq zamanıdır”.

Süleyman Soylu mesaj verdi: “Böyük addımlar atmaq zamanıdır”.

“Görəcəksiniz Türkiyədə heç birinizin gözləmədiyi inkişaf olacaq. Türkiyə çox qısa müddətdə dünyanın cazibə mərkəzinə çevriləcək, yetər ki, biz hüzurumuzu əlimizdə saxlayaq”.

Cebhe.info xəbər bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Qurban bayramı münasibətilə Siirt bölgəsini ziyarıt edərkən dövlət nümayəndələri və yerli əhali ilə görüşərkən deyib.

Soylu burada birlik və həmrəylik mesajları verərək deyib ki, əgər biz xoşbəxtiksə, Yaxın Şərq xoşbəxtdir:

“Biz xoşbəxtiksə, Qafqaz xoşbəxtdir. Biz müsəlmanıq, əlhəmdulillah. Biz böyük bir mədəniyyətin övladlarıyıq. Biz qonşu, qohun, dost tanıyırıq və əmanətin nə olduğunu bilirik. Bunları bilməyənlərə də öyrətmək vəzifəsi dinimizin buyruğuna görə bizə düşüb. Dinimizin əmri belədir: yaxşılıqları öyrədəcəksən, pisliklərdən yayındıracaqsan. Harada olduğumuzu, harada oturduğumuzu və hansı ünvana bağlı olduğumuzu bilirik. Bizim ünvanımızda ən kiçik bir azma yoxdur. Bizim ünvanımızda mümkün olmayan bir vəziyyətdən söhbət gedə bilməz. Biz naviqasiya ilə yol tapmağa çalışan bir millət deyilik. Bizim yolumuz başlanğıcdan qəti və aydındır. Bunları bilməyənlərin bu coğrafiyada hakimiyyətininin qarşısını qəhrəmanlarımızla aldıq”.

Daha sonra nazir artıq böyük addımlar atmağın zamanı gəldiyini vurğulayıb.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 815