hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Sülhməramlılar Qarabağda nə qədər ərazi təmizləyib? - RƏSMİ

Sülhməramlılar Qarabağda nə qədər ərazi təmizləyib? - RƏSMİ

Rusiya sülhməramlıları Qarabağdakı 27 müşahıdə məntəqəsində atəşkəs rejiminə riayət olunmasına nəzarət və vəziyyətlə bağlı gündə bir dəfə monitorinq keçirirlər.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, rusiyalı sülhməramlı hərbçilər tərəfindən Qarabağda ötən sutka ərzində 12 bina, 6 ha ərazi, 1 km yolda axtarış-təmizləmə işləri aparılıb və nəticədə 2 partlayıcı predmet aşkarlanıb:

"Ötən ilin noyabrın 23-dən 2 121 ha ərazi, 657,3 km yol, 1 844 binada (o cümlədən sosial əhəmiyyətli obyektlərdə) təmizləmə işləri aparılıb və nəticədə 25 613 partlayıcı predmet aşkarlanaraq zərərsizləşdirilib".

Məlumatda bildirilir ki, atəşkəs rejiminə bütün təmas xətti boyu riayət olunur.

Sevinc Tapdıqqızı

Cebhe.info


Oxunma sayı: 1563