hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

"Sülhməramlılar Qarabağda qeyri-qanuni silahlı qüvvələri ləğv etməlidir, əks halda..." - Ekspert

"Sülhməramlılar Qarabağda qeyri-qanuni silahlı qüvvələri ləğv etməlidir, əks halda..." - Ekspert

“Ermənilər yalvara-yalvara təslimçilik aktını imzaladılar. Qarabağda ermənilərin qeyri-qanuni silahlı qüvvələri ləğv edilməlidir”.

Bu sözləri Cebhe.info-ya ekspert, ictimai fəal Hacı Ələsgərov bildirib.

Ekspert bildirib ki, 44 günlük müharibədə Ermənistan Azərbaycanın qarşısında diz çökdü:

“Yalvara-yalvara təslimçilik aktını imzaladılar, amma bu gün 10 noyabr bəyanatına əməl etmək istəmirlər. Qarabağda yenidən güllə səsləri eşidilir. Onlar bununla düşünürlər ki, Qarabağda quruculuq işlərinin qarşısı alacaqlar, ancaq yanılırlar. Özüm Qarabağda böyük quruculuq işlərinin canlı şahidi olmuşam”.

H. Ələsgərov bildirib ki, Rusiya sülhməramlıları Qarabağdakı ermənilərin qeyri-qanuni hərbi birləşmələrinin ləğvini həyata keçirtməlidirlər: “Əks-təqdirdə bunu Azərbaycan ordusu həyata keçirəcək. Bu isə ermənilərə baha başa gələcək”.

Cebhe.info


Oxunma sayı: 4984