hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Sultanlıq qayıdır? - “Türkiyə konstitusiyalı monarxiyaya keçə bilər” - Politoloq

Sultanlıq qayıdır? - “Türkiyə konstitusiyalı monarxiyaya keçə bilər” - Politoloq

Osmanlı sultanı II Əbdülhəmidin nəvəsi Əbdülhəmid Kayıhan Osmanoğlu Türkiyədə monarxiyanın bərpa edilməsi ilə bağlı açıqlama verib.

Osmanoğlu xanədanlığın bərpasını mümkün hesab edib.

“Biz Osmanlını sözdə sevirik. Osmanlı varislərinə geri dönüş şəraiti yaradılmalı, onlara hörmət edilməlidir. Xanədalıqlar bütün dünyada var, biz də olmalıdır”, - deyə Osmanoğlu bildirib.

Türkiyədə sultanlığın, monarxiya üsul-idarəsinin bərpası mümkündürmüə

Cebhe.info-ya açıqlama verən politoloq Əhəd Məmmədli bu məsələnin real olmadığını bildirib:

“Mən hesab edirəm ki, bu ideyanı gündəmə gətirmək hazırda Türkiyə üçün zərərlidir. Yəni indiki məqamda bu məsələnin müzakirəsi doğru deyil. Türkiyənin qarşısında həlli vacib daha PKK, FETÖ kimi böyük problemlər var. Onları tam həll etməyin zamanıdır. Amma Osmanlı nəslinin nümayəndələrinə şərait yaradılmalıdır. Onları Türkiyəyə qaytarmaq lazımdır. Çünki onlar Türkiyənin böyük bir tarixidir. Əvvəllər Osmanlı nəslindən olanlar biri xaricdə ofsiant işləyirdi, biri qab yuyurdu. Türkiyə bu biabırçılıqlara son verməlidir. Ölkəni yüz illərlə idarə edən bir sülalənin nümayəndələrinə layiqli münasibət göstərilməlidir”.

Politoloq hesab edir ki, Türkiyədə konstitusiyalı monarxiya bərpa edilə bilər:

“Gələcəkdə Türkiyədə konstitusiyalı monarxiya bərpa oluna bilər. Yəni sırf ənənəyə va tarixə hörmət əlaməti olaraq. Məsələn, Yaponiya və bəzi Avropa dövlətlərində konstitusiyalı monarxiya sistemidir. Lakin indiki vəziyyət üçün bu məsələnin gündəmə gətirilməsini real və ciddi hesab etmirəm. Xanədanlığın bərpa olması (konstitutsiyalı monarxiya forması-müəl.) Türkiyənin öz tarixinə sahib çıxması deməkdir. Türkiyənin böyük dövlət olaraq öz iddialarını sübut etmək üçün bu əlverişlidir. “Qızıl alma” iddiasını həyata keçirmək üçün bu, mümkün ola bilər. Bu Türkiyəyə özünü dünyada sübutetmə imkanı verə bilər”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3158