hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Sumqayıt yolunda qəza: Ağır yaralı var

Sumqayıt yolunda qəza: Ağır yaralı var

Bakı-Sumqayıt yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, qəza Sumqayıt şəhərinin çıxışında "Azpetrol" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, avtomobil yolunu keçmək istəyən piyadanı "Hyunday" markalı" avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyadaya ətrafdakı insanlar kömək etməyə çalışıblar. Əraziyə təcili tibbi yardım avtomobili və yol polisi cəlb olunub. 

Xəsarət alan piyada xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 848