hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Sumqayıtda bədbəxt hadisə - Ölən var

Sumqayıtda bədbəxt hadisə - Ölən var

Sumqayıtda ölüm hadisəsi baş verib.

Cehe.info xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Şəhər sakini, 1970-ci il təvəllüdlü Melikov İmran Sədulla oğlu 5 mərtəbəli binanın damına çıxıb. Məlumata görə o, damda göyərçin saxlayırmış. İ.Melikov ehtiyatsız davranıb və nəticədə damdan yerə yıxılıb. O, hadisə yerində keçinib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Cehe.info


Oxunma sayı: 661