Sumqayıtda dənizdə batan 2 yeniyetmədən birinin meyiti tapılıb

İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan şəxslərdən birinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.
Cebhe.info
Oxunma sayı: 1453
Bizim Telegram səhifəmizi izləyin