t Sumqayıtda heç kəs küçədə donub ölən şəxsi “görməyib”: “Bilsəydik, sığınacaqda olardı” - NAZİRLİK
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Sumqayıtda heç kəs küçədə donub ölən şəxsi “görməyib”: “Bilsəydik, sığınacaqda olardı” - NAZİRLİK

Sumqayıtda heç kəs küçədə donub ölən şəxsi “görməyib”: “Bilsəydik, sığınacaqda olardı” - NAZİRLİK

Xəbər verildiyi kimi, ötən gün küçədə yaşayan orta yaşlı kişi soyuqdan donaraq ölüb. 

Hadisə Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində qeydə alınıb. 1956-cı il təvəllüdlü Əsgərov İnqilab Tapdıq oğlu sərxoş vəziyyətdə küçədə yıxılaraq orada qalıb. Onun meyiti səhər saatlarında qonşular tərəfindən aşkarlanıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Müayinə zamanı 64 yaşlı kişidə heç bir xəsarət aşkarlanmayıb. Həmin şəxsin soyuqdan donaraq öldüyü ehtimal olunur. 

Qeyd edək ki, daimi yaşayış yeri olmayan, baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər. Belə şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına, eləcə də baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilir. 

Maraqlıdır, dünyasını dəyişən İnqilab Əsgərovun sığınacağa yerləşdirilməsi ilə bağlı müraciət olunubmu? 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Cebhe.info-ya açıqlamasında bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığınacaqlarına müraciəti yerli icra hakimiyyəti orqanları, yaxud da yerli polis bölmələri edir: 

“Onlar küçədə təhlükəli vəziyyətdə yaşayan vətəndaşla bağlı faktı aşkar edən kimi müvafiq sənədlərlə birlikdə sığınacağa müraciət edir və onlar ora yerləşdirilir. Dünyasını dəyişən bu vətəndaşla bağlı bizdə məlumat yoxdur. Təbii ki, məlumat olsaydı, o, sığınacaqda olardı. Bu gün sığınacağımızda onlarla elə vətəndaş var ki, onlar məhz küçədə təhlükəli vəziyyətdə yaşayıblar. Onlar müəyyən olunub, aşkar edilib və sığınacağa yerləşdiriliblər”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 4863