hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Sumqayıtda keçmiş məhkum bıçaqlanıb

Sumqayıtda keçmiş məhkum bıçaqlanıb

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Cebhe.info DİN-ə istinadla xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə fevralın 21-də şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Atakişiyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Sumqayıt şəhər sakini R.Əbilovun həmin gün saat 2 radələrində “Beton zavod” adlanan ərazidə xuliqanlıq zəminində Ə.Atakişiyevə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əbilov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 474