hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Sumqayıtda piyadaların vurulmasına qarşı reyd: Cərimələnənlər var

Sumqayıtda piyadaların vurulmasına qarşı reyd: Cərimələnənlər var

Sumqayıtda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə reyd keçirilib.

DİN Mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, Sumqayıt ŞPİ DYP Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib.

Reyd zamanı piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Məlumata görə, reyd zamanı 30-a yaxın piyada, 40-dan çox sürücü cərimələnib.

Cebhe.info


Oxunma sayı: 760