hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Sumqayıt şəhərində anım tədbiri keçirilib.

Cebhe.info xəbər verir ki, anım tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Sumqayıt şəhər Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, abidə qarşısına güllər düzərək Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları Sumqayıtın şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Sumqayıt şəhərində məskunlaşan Xocalı sakinləri ilə görüşən İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası alındı və onların qanı yerdə qalmadı.

Cebhe.info


Oxunma sayı: 1002