hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sumqayıtda yük maşını kişinin üstündən keçdi - VİDEO

Sumqayıtda yük maşını kişinin üstündən keçdi - VİDEO

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

ZİL markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini arxaya verərkən ehtiyatsızlıqdan yol kənarında duran 55 yaşlı Ələddin Rüstəmovu vuraraq, onun üstündən keçib.

Ağır xəsarətlər alan Ələddin Rüstəmov hadisə yerində ölüb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 661