hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Şuranın dəstəyi ilə əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlimlər təşkil olunacaq

Şuranın dəstəyi ilə əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlimlər təşkil olunacaq

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 01.07.2020-ci il tarixində “Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə peşə kurslarına cəlb edilməsi və özünəməşğulluğunun təmin olunması mövzusunda tədbirlərin təşkili” layihəsinin icrasına başlayır.

Bu barədə birliyin rəhbəri Səbinə Kərimova məlumat verib.Onun sözlərinə görə layihənin məqsədi əlilliyi olan gənclərin bilik və bacarıqlarını inkişaf etdirərək, onların yeni nəsil proqramlar üzərində işləmə mexanizminə yiyələnməsinə yardımçı olmaq, bundan əlavə onların özünəməşqulluq proqramına cəlb olunmasına dəstək verməkdir.

Bu gün yeni nəsil proqramlara əmək bazarında daha çox ehtiyac duyulur.Onlara yiyələnmək əlilliyi olan gənclərin məşqulluq problemin həll olunmasına hesablanır. Bunun üçün iki ixtisas üzrə hər biri 7 nəfər olmaqla onlara İKT, qrafika və dizayn kursları təşkil olunacaq.Ölkəmizdə elan olunan pandemiya ilə əlaqədar olaraq cəlb olunan gənclərə ara məsafəsi gözləmək şərti ilə təlimlər keçiriləcək.Bundan əlavə Şura ilə təşkil olunan onlayn rəsm müsabiqəsinin də təltif etmə mərasiminin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi qrant müsabiqəsi çərçivəsində dəstəklənib.

Cebhe.info


Oxunma sayı: 1827