hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Şuranın əməkdaşı sosial sığorta haqqı ödənişi barədə şərh verdi

Şuranın əməkdaşı sosial sığorta haqqı ödənişi barədə şərh verdi

01 yanvar 2020-ci il ildən sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişində ölkə üzrə vahid qayda tətbiq edilmişdir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Toğrul Turabov öz "Facebook" səhifəsində açıqlama verib.

Toğrul Turabov yazıb:

“"Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 14.5.1. bəndində sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında hesablanıb, ödənilməsi qeyd edilmişdir. Ticarət və tikinti sahəsi üzrə 125 manat (250 manat x 50 faiz), digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar isə 62,50 manat (250 manat x 25 faiz) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Məsələn, hər hansı bir QHT-ə layihə çərçivəsində ekspert, hüquqşünas, təlimçi, piar, sorğuçu, psixoloq və s. xidmətlərdən biri üzrə xidmət göstərən fiziki şəxs (VÖEN-i olan) xidmət göstərdiyi aylar üzrə 62.50 manat məcburi sosial sığorta haqqı ödənişi etməlidir”.

Sosial şəbəkə istifadəçisinin əgər xidmət göstərilən aylar üzrə gəlir cəmi 50 manat olarsa sualına Şura Katibliyinin məsləhətçisi Toğrul Turabov cavab olaraq yazıb:

“Qeyd etdiyiniz vəziyyət reallıqdan kənardır. Çünki bazar iqtisadiyyatı dövründə sahibkarın əsas məqsədi çoxlu qazanc əldə etməkdir. Xidmət göstərən fiziki şəxslər müxtəlif hüquqi və fiziki şəxslərə xidmət göstərə bilər və bu xidmətlərdən əldə edilmiş gəlirin məbləğindən asılı olmayaraq 62.50 manat məcburi sosial sığorta haqqı ödəməlidir”.

Cebhe.info


Oxunma sayı: 14169