hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sürgündə olan milli fəal vətənə qayıdır

Sürgündə olan milli fəal vətənə qayıdır

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Siyamək Mirzayinin bir illik sürgün müddəti sona çatıb.

GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, hazırda Cənubi Xorasan Əyalətinin Qain şəhərində məcburi sürgün həyatı yaşayan Mirzayi ailəsi ilə əlaqə saxlayaraq iyulun 13-də sürgün cəzası müddətinin bitdiyini bildirib.

Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi 3 il Evin zindanında həbs edildikdən sonra Qain şəhərinə sürgün edilən tanınmış fəalı sistemin əleyhinə təbliğat aparmaqda günahlandırmışdı. Həmin ittihama görə 1 il 10 gün həbs cəzası verən hakim hökmün təkmil edilməsi adı ilə fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına 2 il qadağa qoyulması barədə qərar çıxarmışdı.

Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi iyunun 13-də Mirzayi barəsində çıxarılan qərarları təsdiq edərək qüvvədə saxlayıb.
Milli fəalın sonuncu məhkəmə işi onun Evin zindanında həbsdə olarkən məhbusların hüququnun pozulması ilə əlaqədardır. Hökmdə fəalın həbs cəzası onun prokurora yazdığı açıq məktub və aclıq aksiyası xəbərinin sosial şəbəkələr və “rejimə qarşı fəaliyyət göstərən mətbuat orqanlarında” yayılması ilə əlaqələndirilib.

Siyamək Mirzayi 2016-ci ilin iyul ayının 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Tehranın Evin həbsxanasına aparılmışdı.

Aydın
Cebhe.info


Oxunma sayı: 2861

Bizim Telegram səhifəmizi izləyin