hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Suriyada həyata keçirilən birgə patrul xidməti başa çatdı

Suriyada həyata keçirilən birgə patrul xidməti başa çatdı

Noyabrın 8-də Türkiyə və Rusiya hərbçiləri 10 kilometr dərinlik və 88 kilometr uzunluqdakı yolda patrul xidmətini tamamlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Qamışlı ilə Derik arasındakı bölgədə icra edilən üçüncü quru patrul xidməti zamanı hər iki tərəfdən dörd nəqliyyat olmaqla səkkiz quru vasitəsi və PUA-lardan (pilotsuq uçan aparat) istifadə edilib.

Xatırladaq ki, Rusiya Federasiyası ilə oktyabrın 22-də Soçidə qəbul edilən razılaşma çərçivəsində Suriyada “Təhlükəsizlik bölgəsi” tətbiqi çərçivəsində Türkiyə və Rusiya hərbçiləri tərəfindən Fəratın şərqində quruda patrul xidməti göstərməyə başlayıb.

Əhməd

Cebhe.info


Oxunma sayı: 441