hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

"Suriyada tərəflər pat vəziyyətindədir" — Politoloq rəyi

"Suriyada tərəflər pat vəziyyətindədir" — Politoloq rəyi

Türkiyənin qlobal siyasətə təsir edən bir ölkə statusuna malik olması Avropa Birliyini narahat edir.

Cebhe.info-nun xəbərinə görə, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq hesab edir ki, Türkiyənin  Suriyanın şimal-şərq hissəsində YPG terror təşkilatına qarşı "Barış Pınarı" hərəkatı ilə bağlı Avropa İttifaqının etirazı da məhz bu narahatlıqdan irəli gəlir:

“Artıq Türkiyə xarici siyasətində kifayət qədər müstəqil mövqe nümayiş etdirərək, öz milli təhlükəsizliyini və suverenliyini qorumaqda prinsipiallıq göstərir. ABŞ və Avropa Birliyi ölkələri də məhz Ankaranın bu siyasəti qarşısında pat vəziyyətdə düşüblər.

Avropa İttifaqı və ABŞ YPG terror təşkilatına qarşı aparılan hərbi əməliyyatlara görə deyil, Ankranın onlarla hesablaşmamağına görə narahatdırlar. Bundan başqa onları bu hərbi əməliyyatlarla Rəcəb Tayyib Ərdoğanın siyasi nüfuzunun kifayət qədər yüksəlməsi narahat edir. Çünki Ərdoğan Qərbin qarşısında kifayət qədər müstəqil siyasət yürüdür.

Türkiyə 911 km-lik Suriya sərhəddini nəzarətə götürərək, öz geosiyasi maraqlarını kifayət qədər gücləndirəcək. Vaşinqtonun Türkiyəyə qarşı sanksiya tətbiq olunacağı ilə bağlı bəyanatları sabun köpüyüdür. Artıq Rusiya və İran kimi Ankara da Suriya məsələsində söz sahibidir. Bununla da böyük bir areala nəzarət etməklə, kürd separatizmi və terrorizminin qarşısını almış oldu. Bu əməliyyat həmçinin Suriyanın ərazi bütövlüyünün qorunması deməkdir. Əgər Türkiyə bu əməliyyata başlmasa idi, burada YPG “Kvazi-dövləti” yaradıb, Suriya və Türkiyənin ərazi bütövlüyünü təhdid edəcəkdi”.

Məhəmməd Əsədullazadə hesab edir ki, YPG terrorçularının müqaviməti nəticəsiz qalacaq:

“YPG terrorçularının Əsəd rejimilə danışıqlara gedib, Türkiyəyə qarşı ittifaq qurmaq təkilifi qəbul edilməyəcək. Əməliyyatdan sonra rəsmi Moskvanın vasitəsi ilə Türkiyənin Əsəd rejimi ilə əlaqələri bərpa edilə bilər”.

Xatirə 
Cebhe.info


Oxunma sayı: 1805