hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Suriyadan sonra Qarabağ: “Bu tandem nizamlanmada mühüm rol oynaya bilər” - Politoloq

Suriyadan sonra Qarabağ: “Bu tandem nizamlanmada mühüm rol oynaya bilər” - Politoloq

“Türkiyənin YPG/PKK terror təşkilatına qarşı Suriyanın şimalında, Fəratın şərq sahilində planlaşdırdığı əməliyyata Vaşinqton mane ola bilmir. ABŞ-ın narahatlıq bəyanatlarına baxmayaraq artıq Ankara ilə Vaşinqton arasında müəyyən razılaşma əldə olunub. Türkiyənin şərti ABŞ YPG terror təşkilatını bu ərazilərdən çıxarmaq, yaxud hərbi əməliyyatlara mane olmaqdır”. 

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, YPG Türkiyəyə qarşı formalaşmış bir terror təşkilatıdır, hədəfi şimali Suriyada muxtariyyət əldə etməkdir: 

“Həmçinin, möhkəmlənib, Türkiyəyə qarşı terror hücumları həyata keçirməkdir.  "Zeytun budağı” əməliyyatından fərqli olaraq Fəratın şərqində əməliyyat birbaşa Türkiyəni YPG-PKK terror təşkilatına böyük zərbə vuracaq və sərhədlərinin təhlükəsizliyi təmin olunacaq. Göründüyü kimi, ABŞ buna imkan vermək istəmir və öz müttəfiqi olan Türkiyə əleyhinə terror təşkilatı ilə əməkdaşlıq edir. Artıq Türkiyə qərarlıdır və öz sərhədlərindən terrorçu təşkilatı uzaqlaşdıracaq”. 

Politoloq deyib ki, Türkiyə regionda bir gücdür və Rusiya ilə birgə Suriyada sülhə, eləcə də öz maraqları çərçivəsində təhlükəsizliyə nail olur: 

“Ankara-Moskva tandemi Cənubi Qafqazda Qarabağ münaqişəsinin nizamlanmasında da mühüm rol oynaya bilər. Hələki Moskva buna getmir. Əgər, Türkiyə aktiv şəkildə problemi Suriya məsələsindən sonra qaldırsa, Moskva - Ankara danışıqları Qarabağ məsələsində müəyyən həll çərçivəsində gələ bilər”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 2597