hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Suriyaya yardım Türkiyə vasitəsilə göndəriləcək - QƏRAR

Suriyaya yardım Türkiyə vasitəsilə göndəriləcək - QƏRAR

Suriyaya yardım Türkiyə vasitəsi ilə göndəriləcək.

Cebhe.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının belə qərar qəbul edib. Qərara görə, Suriyaya yardım Türkiyə ilə sərhəddəki Cilvəgözü sərhəd qapısının qarşısındakı Babülhava bölgəsi vasitəsi ilə mülki vətəndaşlara çatdırılacaq.

Cilvəgözü ilə birlikdə Öncüpınar sərhəd qapısından da köməyin göndərilməsi nəzərdə tutulub. Qərardan sonra Almaniya və Belçika ortaq izahat verib: "Tək sərhəd qapısı kifayət deyil, amma heç bir sərhəd qapısının da olmamağı ölkəni böyük təhlükəyə ata bilərdi".

Qeyd edək ki, nəzərdə tutulan kömək proqramının etibarlılıq müddəti 1 il hesablanıb.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 716