hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Sürücü ilə polis arasında qalmaqal: "Avtomobilim qanunsuz olaraq cərimə meydançasına aparılıb”

Sürücü ilə polis arasında qalmaqal: "Avtomobilim qanunsuz olaraq cərimə meydançasına aparılıb”

Ayaz Məcidov Cebhe.info-ya müraciət edərək Dövlət Yol Polisinin əməkdaşından şikayət olduğunu bildirib.

(99 PN 038) nömrəli avtomobilin sahibi Ayaz Məcidov bildirib ki, 11 may tarixində səhər saat 11:00 radələrində 472 nömrəli yol polisi avtomobilində xidmət edən polis əməkdaşları onun avtomobilini qanunsuz olaraq cərimə meydançasına aparıb.

Şikayətçi bildirir ki, Əhməf Rəcəbli küçəsində (Pedoqoji Universitetinin yanında) onun avtomobilini heç bir səbəb olmadan saxlayıblar və qanunsuz şəkildə cərimə meydançasına aparılıblar.

Ayaz Məcidov qeyd edib ki, yol polisi ona heç bir qayda pozuntusu haqqında məlumat verməyib, sadəcə avtomobili Yasamal rayonundakı cərimə meydançasına aparıb.

“Maşının sənədləri və açarı isə məndədir. Avtomobilə isə həbs qoyulmayıb, sadəcə cəriməsi var, amma vaxtı keçmiş deyil”, - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edik.

Nazirlikdə Cebhe.info-nun sorğusuna cavab olaraq məsələnin araşdırılacağı bildirildi.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5413