hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Şuşa həqiqətləri" xarici KİV-də

"Şuşa həqiqətləri" xarici KİV-də

Türkiyənin “Alternatiftarih”, Misirin “Rayətu Misir Nyus”, “Nile Nyus”, “Asya əl-Yaum”, “Əl-Vasilə Nyus”, İraqın “İraq-Nyus”, Birləşmiş Ərəb Əmirliklərinin “Səda onlayn”, Mərakeşin “Banassa”, İsrailin “Aziz Nyus”, Rusiyanın “Finkaa.ru”, “Azerros.com”, “Atalar.ru”, İspaniyanın “Turaz.es” xəbər portalları Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Şuşa həqiqətləri” adlı sənədli videoçarxın yayınına başlayıb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İnformasiya departamentindən Cebhe.info-ya verilən məlumata görə, sənədli arxiv materialları əsasında yığılmış videoçarx Şuşanın qədim tarixindən, Rusiya və İran arasında bağlanmış "Türkmənçay" müqaviləsinin şərtlərinə uyğun olaraq Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərdə törətdikləri vəhşiliklərdən bəhs edir.

Qeyd edək ki, Misirin “Nile Nyus” informasiya portalının baş redaktoru Mahmud Diab “Şuşa həqiqətləri” videoçarxına istinadən Azərbaycanın qədim şəhəri olan Şuşa haqqında geniş məqalə yazıb.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 969

Bizim Telegram səhifəmizi izləyin