hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Şuşanı işğal edən general həbs oluna bilər

Şuşanı işğal edən general həbs oluna bilər

Ermənistanın Baş Prokurorluğu Dağlıq Qarabağdakı işğalçı rejimin nümayəndəsi Vitali Balasanyanın barəsində yoxlamalar aparmaq üçün Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib. 

Cebhe.info-nun məlumatına görə, bu barədə Baş Prokurorluqdan açıqlama verilib. Qeyd edək ki, qondarma rejimin Təhlükəsizlik Şurasının sabiq katibi təqdim edilən Vitali Balasanyan öz müsahibələrinin birində Ermənistanda fəaliyyət göstərən “Sasna Tsrer” (Sasun qəhrəmanları) adlanan təşkilatını fiziki cəhətdən məhv etməklə hədələyən ifadələr işlədib. O, həmçinin, baş nazir Nikol Paşinyanın da ünvanına hədələyici sözlər deyib. Ermənistan Respublikası Prokurorluğu isə Milli Təhlükəsizlik Xidmətindən qeyd olunan hallarla bağlı araşdırma aparılmasını xahiş edib. 

Xatırladaq ki, eks-prezident Robert Köçəryana yaxın mövqeyi ilə seçilən V.Balasanyan N.Paşinyana qarşı kəskin müxalifətdə dayanır. O, 1992-ci ildə Şuşanın işğalı əməliyyatına rəhbərlik edənlərdən biri olub. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 595