t Türk əsgəri suriyalı əlilləri sevindirdi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Türk əsgəri suriyalı əlilləri sevindirdi

Türk əsgəri suriyalı əlilləri sevindirdi

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada, sülh elçisi və dinc sakinlərin ümidi olan Türk əsgərinin “Sülh çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən bölgədə yaşayan ehtiyac sahibi olan əlillərə əlil arabası verdiyi bildirilib.

Cebhe.info xəbər verir ki, əlil arabası verilən bir uşaq sevinc içində əsgərlərə təşəkkür edib. Gənc bir qızın anası isə Türk əsgərlərinə, “Allah işinizi avand eləsin, Allah sizdən razı olsun. Allah sizi qorusun, müvəffəq etsin, Allah xeyir işlərinizi çoxaltsın”, - deyib.

Gənc qızın başqa bir yaxını isə Türk xalqı ilə Suriya xalqı arasında ayrı-seçkilik edilmədiyini vurğulayıb:

“Bütün qəlbimlə təşəkkür edirəm. Türk əsgəri əlil uşaqlarımıza əlil arabası gətirir. Bu bölgədə yaşayan əhali də Türk əsgərinə hər cür dəstəyi verməyə hazırdır. Allah Türk əsgərinə güc versin və bu bölgədəki yardımlar daha çox insana çatsın. Sizə bütün qəlbimizlə təşəkkür edirik”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1178