hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türk əsgərinin qarşısında hansı düşmən peyda olacaq?

Türk əsgərinin qarşısında hansı düşmən peyda olacaq?

““Sülh çeşməsi” əməliyyatı bölgəsində olan nəzarət-buraxılış məntəqələrində minalanmış nəqliyyat vasitələrinin keçməsinin qarşısını almaq üçün, geniş əməliyyat-axtarış tədbirləri həyata keçirilir”.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb.

Bildirilir ki, qəhrəman əsgərlərimiz Suriyalı qardaşlarımızın əmin-amanlığını, təhlükəsizliyini təmin etmək, PKK/YPG və İŞİD terrorçularına məxsus minalanmış nəqliyyat vasitələrinin girişinə mane olmaq üçün üçün 41 nəzarət buraxılış məntəqəsində 24 saat əməliyyat-axtarış tədbirləri həyata keçirirlər:

““Sülh çeşməsi” əməliyyatının həyata keçirildiyi bölgədə qurulan 41 nəzarət-buraxılış məntəqəsində bütün avtomobillərin şassi və motor nömrələri qeydə alınaraq  hər bir nəqliyyat vasitəsinin rahat bir şəkildə tanınması təmin edilir.

Bundan əlavə nəzarət buraxılış məntəqələrindən keçən şəxslərin də məlumatları yoxlanılaraq bütün fəaliyyətlər kamera nəzarət vasitələri ilə qeydə alınır. Nəqliyyat vasitələrinin yoxlanması zamanı qabaqcıl elektron cihazların istifadəsi ilə yanaşı bomba və narkotik axtaran itlərin xidmətlərindən də səmərəli şəkildə istifadə edilir. 

Yerli xalqın dilini bilən əsgərlərimiz, xalqın gündəlik həyatına təsir etmədən Suriyalı qardaşlarımızın da dəstəyini alaraq nəzarət-buraxılış məntəqələrində fəaliyyətlərini davam etdirir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1046