hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Türk ordusu Suriyaya Adana sazişi əsasında daxil olub - Ərdoğan Trampa cavab verdi

Türk ordusu Suriyaya Adana sazişi əsasında daxil olub - Ərdoğan Trampa cavab verdi

“Dəməşq Amerika qoşunlarını Suriyaya dəvət etməyib, türk ordusunun döyüşçüləri isə 20 il əvvəl imzalanmış saziş çərçivəsində orada fəaliyyət göstərir”. 

Cebhe.info-nun məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Yeni Şafak” qəzetinə müsahibəsində belə deyib. Dövlət başçısı bildirib ki, 1988-ci ildə imzalanmış Türkiyə-Suriya sazişinə uyğun olaraq Ankaranın bu ölkənin ərazisində “Sülh mənbəyi” əməliyyatı aparmağa tam hüququ çatır. RBC agentliyi isə prezident Ərdoğanın bu yolla əməliyyatın ikinci mərhələsinin başladılması ilə bağlı qərarı “pis ideya” adlandıran ABŞ prezidenti Donald Trampa cavab verdiyini yazıb. “Suriyanın hava məkanından istifadəyə gəldikdə, o, ABŞ-a məxsus deyil. Bu, beynəlxalq hava məkanı, Suriyanın hava məkanıdır. Məkan ABŞ-ın nəzarətində olmadığı üçün ondan istifadə ilə bağlı məsələyə də Suriya rejimi qərar verir”, - deyə Ərdoğan bəyan edib. 

Türkiyə prezidentin sözlərinə görə, Suriya lideri Bəşər Əsəd Amerika qoşunlarını Suriyaya dəvət etməyib, türklərin isə Adanada imzalanmış saziş çərçivəsində burda olmağa hüququ var.

“Həmin sənədə əsasən, rejim PKK-a qarşı tədbirlər həyata keçirmirsə, hərbçilərimizin terrorçuları təqib etmək hüququ var”, - deyə o qeyd edib. Prezident ötən gün başladılan əməliyyatın üç əsas məqsədinin olduğunu bildirib. Birincisi, Türkiyənin cənub sərhədinin terrorçulardan təmizlənməsi, ikincisi, Suriyanın ərazi bütövlüyünün müdafiə olunması, üçüncüsü ölkədən qovulan suriyalıların vətənlərinə qayıdışının təmin edilməsi. Müşfiq Abdulla 

Cebhe.info


Oxunma sayı: 529