hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Türk Şurası üzvlərinin gömrük hüquqpozmalarına qarşı mübarizədə əməkdaşlığına dair sənəd təsdiqlənib

Türk Şurası üzvlərinin gömrük hüquqpozmalarına qarşı mübarizədə əməkdaşlığına dair sənəd təsdiqlənib

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Cebhe.info -nun məlumatına görə, fərmanla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair 2019-cu il martın 11-də Astana şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Bu fərmanın birinci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərmək tapşırılıb.

Cebhe.info


Oxunma sayı: 573