hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Türkiyə Azərbaycanın dəstəyini belə QARŞILADI: Kim DOST, kim düşmən!

Türkiyə Azərbaycanın dəstəyini belə QARŞILADI: Kim DOST, kim düşmən!

Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Suriyada həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatını dəstəkləyən bəyanat yayıb. 

Azərbaycan Xarici İşlər Nazirliyinin bu açıqlamasını Türkiyə mətbuatı Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq rəmzi olan fotosu ilə yayımlayıb. 

Qeyd edək ki, Azərbaycan XİN-nin bəyanatında deyilir ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir: "Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək", - deyə bəyanatda qeyd olunub".

Cebhe.info


Oxunma sayı: 1442