Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarının deportasiyasına başladı

Türkiyə İŞİD terror qruplaşmasının ələ keçirilmiş döyüşçülərini öz dövlətlərinə geri qaytarmağa başlayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Çataklı deyib.
Çataklı bildirib ki, “Prosedurları tamamlanan İŞİD və ABŞ terrorçuları Türkiyədən göndərilib. Almaniyalı yeddi hərbçi isə noyabrın 14-ü göndəriləcək”.
Daha əvvəl Türkiyə DİN-in başçısı Süleyman Soylu rəsmi Ankaranın əsir götürülmüş İŞİD yaraqlılarının bazar ertəsindən etibarən öz ölkələrinə geri qaytarılacağını bildirmişdi.
Cebhe.info
Oxunma sayı: 716