hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Türkiyə HHQ İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib

Türkiyə HHQ İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Zap rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Cebhe.info-nun məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, zərbələr nəticəsində 6 PKK terrorçusu zərərsizləşdirilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 485