hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Türkiyə ordusu Suriyada 1 qəsəbəni və 8 kəndi terrorçulardan təmizlədi

Türkiyə ordusu Suriyada 1 qəsəbəni və 8 kəndi terrorçulardan təmizlədi

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində Rasulayn bölgəsinin şərqindəki strateji əhəmiyyətə malik Darbasiyah qəsəbəsini PKK/YPG və İŞİD terrorçularından təmizləyib.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, qəsəbənin nəzarət altına alınması ilə YPG-yə göndərilən istənilən yardımların yolu kəsilib.

Bildirilir ki, əməliyyat zamanı həmçinin Tel Abyad və Rasulayn bölgələrinin 8 kəndi terrorçulardan azad olunub.

Cebhe.info


Oxunma sayı: 485