hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Türkiyə polisi 81 bölgədə əməliyyat keçirdi

Türkiyə polisi 81 bölgədə əməliyyat keçirdi

Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən ölkənin 81 bölgəsində “Güvən Dinclik-6” əməliyyatı keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölkədə sabitliyi və ictimai asayişi qorumaq məqsədilə keçirilən əməliyyatda 69 min 246 polis əməkdaşı iştirak edib. Əməliyyatlar zamanı 699 min 602 nəfər yoxlanılıb. Müxtəlif cinayətlərlə bağlı axtarışda olan 1476 nəfər saxlanılıb.

Yoxlamalar zamanı 13-ü uşaq olmaqla 31 itkin düşmüş hesab edilən şəxs və axtarışda olan 91 avtomobil tapılıb, 10 iş yeri bağlanıb.

Bundan əlavə, əməliyyatlar zamanı çox sayda silah-sursat və narkotik maddə ələ keçirilib.

Cebhe.info


Oxunma sayı: 408