hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Türkiyə S-400-ləri rusiyalı mütəxəssislərin iştirakı olmadan işlədəcək

Türkiyə S-400-ləri rusiyalı mütəxəssislərin iştirakı olmadan işlədəcək

Türkiyədə S-400 zenit-raket kompleksləri istifadəyə verildikdən sonra rusiyalı mütəxəssislərin iştirakı olmadan fəaliyyət göstərəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

“Hazırda türkiyəli mütəxəssislər Rusiyada təlimlərini davam etdirirlər. Biz bir neçə dəfə demişik ki, S-400 kompleksləri istismara verildikdən sonra rusiyalı mütəxəssislərə ehtiyac qalmayacaq”, - deyə İsmayıl Dəmir bildirib.

Onun sözlərinə görə, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri 2020-ci ilin aprel ayınadək istifadəyə veriləcək.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıblar. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini satın almağı tələb edib. Əks halda Vaşinqton ən yeni F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemi olan S-400 zenit-raket kompleksləri iyul ayının ortalarından Türkiyəyə çatdırılmağa başlanılıb.

Cebhe.info


Oxunma sayı: 903