hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Türkiyə sabah əməliyyata başlayır: Ərdoğan-Putin RAZILAŞMASI

Türkiyə sabah əməliyyata başlayır: Ərdoğan-Putin RAZILAŞMASI

Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü başa çatıb.

Cebhe.info xəbər verir ki, görüşün sonunda Vladimir Putin Türkiyənin rəsmi Moskvanın mövqeyini bölüşdüyünü bildirib. Bu mövqe Suriyanın ərazi bütövlüyünün təmininə hesablanıb. Eyni zamanda ölkədə xarici qüvvələrin mövcudluğu qəbuledilməz kimi qiymətləndirilib. 

Putin qeyd edib ki, rəsmi Dəməşq və kürdlər arasında dialoq başlamalıdır. Müzakirələr Suriyada yaşayan bütün millətlərin hüquqlarının təmini üzərində qurulmalıdır. Rusiya həmçinin Türkiyənin sərhəddəki vəziyyətlə bağlı narahatlığını bölüşüb. 

Beləliklə, Rəcəb Tayyib Ərdoğan bildirib ki, 150 saat müddətində Türkiyə sərhədindən 10 km məsafədə bütün qanunsuz hərbi biləşmələr ya məhv edilməli, ya da çıxarılmalıldır. Əməliyat 23 oktyabrda başlayacaq. “Barış pınarı” əməliyyatının keçirildiyi ərazidən qərb və şərqə doğru birgə rus-türk patrulu keşik çəkəcək. Rusiya tərəfindən bu məqsədlə hərbi polis cəlb olunacaq. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 936