hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Türkiyə sanksiyalara cavab verəcək - BƏYANAT

Türkiyə sanksiyalara cavab verəcək - BƏYANAT

Əgər ABŞ Rusiyadan raket-zenit kompleksi almasına görə Türkiyəyə sanksiya tətbiq edəcəksə, Ankara buna cavabsız qalmayacaq. 

Cebhe.info xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir qeyd edib ki, müqavilədən imtina bu mərhələdə sadəcə mümkün deyil: "Biz istənilən qiyməti ödəməyə hazırıq".

Diplomat bildirib ki, bu silahlar NATO üçün heç bir təhdid daşımır.

Xatırladaq ki, 12 iyunda Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya ilə müqavilədən imtina etməyəcəklərini və silahların müəyyən edilən zamanda Türkiyəyə gətiriləcəyini bildirmişdi. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 617