hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Türkiyə saytları azərbaycanlı şairdən yazdı - VİDEO

Türkiyə saytları azərbaycanlı şairdən yazdı - VİDEO

Şair Barış Cavid Mövsümlünün türk ordusunun Suriyada həyata keçirdiyi "Sülh çeşməsi” antiterror əməliyyatlarındakı qəhrəmanlıqlarından bəhs edən şeiri Türkiyə içtimaiyyətində böyük maraqla qarşılanıb.

Cebhe.info xəbər verir ki, şair bununla bağlı deyib: "Başda Türkiyənin təhlükəsizliyi üçün ölümlə üz-üzə duran müzəffər əsgərlərimiz olmaqla bütün Türk dünyasının hərbçilərinə yazdığım və səsləndirdiyim "Şanlı türk əsgərinə" adlı şeirimi siz qiymətli dostlarıma təqdim edirəm. Sayğı və sevgilərimlə. Nə mutlu türkəm deyənə...".

Qeyd edək ki, uzun müddətdir ki, Ankarada yaşayan həmyerlimiz, daha sonra Türkiyə mediasına verdiyi müsahibəsində də bu mövzuya toxunub. O, Türkiyə ordusunun Suriyanın şimalında terrorçu qüvvələrin məhv edilməsi üçün həyata keçirdiyi "Sülh çeşməsi" hərbi əməliyyatları sırasında yaşadığı hissləri qələmə aldığını bildirib:  "Bir Azərbaycan türkü olaraq qardaş Türkiyənin "Sülh çeşməsi"  hərbi əməliyyatlarına dəstək vermək və içimdəki o rəğbət dolu duyğuları ifadə etmək istədim”.
 
Aydın
Cebhe.info


Oxunma sayı: 1860