hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Türkiyə türkdilli ölkələrin vəkillərini bir yerə topladı

Türkiyə türkdilli ölkələrin vəkillərini bir yerə topladı

Sentyabrın 11-14-də Türkiyənin Ankara və Sivas şəhərlərində Türkdilli və Əqrəba Ölkələrin Vəkillik Təşkilatları Birliyinin Baş Assambleyasının 3-cü zirvə toplantısı keçirilib.

Virtualaz.org bildirir ki, tədbirdə ölkəmiz Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Toplantıda çıxış edən Anar Bağırov Türkiyə Vəkillər Kollegiyaları İttifaqının yaradılmasının 50-ci ildönümü münasibətilə Türkiyə vəkillərinin simasında İttifaqın sədri Metin Feyzioğlunu Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından təbrik edib, ona Türkiyə Vəkillər Kollegiyaları İttifaqının emblemini özündə əks etdirən qiymətli xalça bağışlayıb.

Cebhe.info


Oxunma sayı: 408